FHN-in “Xilasedici” voleybol komandası turnir cədvəlində vahid liderliyə yüksəlib
“Sərhədçi” Olimpiya İdman Kompleksinin arenasında Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə kişilər arasında voleybol üzrə Azərbaycan Yüksək Liqasının növbəti turunun oyunu keçirilib. Oyunda “Xilasedici” və “MOİK” komandaları üz-üzə gəliblər.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Azsport.az saytına bildiriblər ki, rəqibini 3:0 (25:18, 25:21 və 25:20) hesabı ilə məğlub edən “Xilasedici” komandası turnir cədvəlində vahid liderliyə yüksəlib. Komanda üç görüşdən maksimum xal toplayıb.
Azərbaycan Yüksək Liqasında növbəti turun oyunları fevralın 8-də keçiriləcək. FHN-nin “Xilasedici” komandası “Sərhədçi” komandası ilə üz-üzə gələcək. Qarşılaşma FHN-nin İdman-Sağlamlıq Mərkəzinin arenasında keçiriləcək.

Xəbər 858 dəfə oxundu.