AFFA-nın əməkdaşı “Braqa”–“Reyncers” oyununa təyinat alıb
AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Stuçlik növbəti təyinat alıb.

Azsport.az AFFA-nın saytına istinadla xəbər verir ki, komitə sədri UEFA Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Braqa” (Portuqaliya) – “Reyncers” (Şotlandiya) görüşünün hakim-inspektoru olacaq.

“Braqa”–“Reyncers” oyunu fevralın 26-da “Estadio Municipal de Braqa”da keçiriləcək.

Xəbər 685 dəfə oxundu.