Parisdə Bakıdakı yürüş trası layihəsinin müəllifinə mükafat təqdim edilib
Parisdə beşgünlük Beynəlxalq Avtomobil Festivalı (FAI) – konsept-karlar sərgisi başa çatıb. Sərgidə tanınmış dizaynerlərin avtomobil sənayesi üçün yeni üfüqlər açan modelləri təqdim olunub.

Avtomobil idmanı, moda, dizayn, mədəniyyət və mass-media nümayəndələrindən ibarət münsiflər heyəti festival çərçivəsində ötən ilin ən yaxşı avtomobil və bədii layihələrinə görə xüsusi mükafatlar təqdim edib.

Yürüş traslarının arxitektoru German Tilke də laureatlar arasında olub. O, arxitektura sahəsində nailiyyətinə - avtomobil sənayesinə təsir göstərən orijinal və kreativ ideyaların reallaşmasına görə festivalın Qran-Pri mükafatına layiq görülüb. Hanoyda Formula 1 Vyetnam Qran-Prisinin trası hazırda almaniyalı arxitektor tərəfindən həyata keçirilmiş sonuncu layihədir.

German Tilke Formula 1 çempionatının bir sıra avtodromlarının arxitektoru olmaqla bərabər, Bakıdakı yürüş trasının da müəllifidir.

Xəbər 787 dəfə oxundu.