Tomas Bax Avropa idman modelini qorumağa çağırıb
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Avropa Olimpiya Komitələrinin (EOC) İcraiyyə Komitəsinin iclasında ictimaiyyəti Avropa idman modelini qorumağa və yaxşı idarəetmə prinsipləri üzərində işləməyə çağırıb.

İclasda bu il keçiriləcək “Tokio 2020” və 2024-cü ildə təşkil olunacaq XXXIII Yay Olimpiya oyunlarına hazırlıqlarla bağlı müzakirələr aparılıb.

İclasdan sonra Tomas Bax AOK-un prezidenti Yanes Kosyançiç, Rumıniya Milli Olimpiya və İdman Komitəsinin (MOK) prezidenti Mihay Kovalyu, eləcə də bu ölkənin Gənclər və İdman naziri Marian İonuç Stroe ilə görüşüb.

Müzakirələrdə Rumıniyada idmanın vəziyyəti, bu ölkənin idmançılarının “Tokio 2020” Olimpiya Oyunlarına hazırlığı və Avropa idman modelinin əhəmiyyəti müzakirə edilib.


Xəbər 802 dəfə oxundu.