Avro-2012: Reqlament dəyişdirildi
UEFA 2012-ci il Avropa futbol çempionatının final mərhələsi oyunlarının yarımçıq dayandırılması və qruplarda komandalarının yerinin müəyyənləşdirilməsi ilə bağlı reqlamentə dəyişikliklər edib. Reqlamentin 08.07 maddəsinə görə, yarışın sonunda xallar eyni olarsa, buk qaydalar tətbiq olunacaq:

a) iddialılar arasında keçirilmiş oyunlarda daha çox xal toplayan;
b) şəxsi görüşlərdə topların ən yaxşı fərqinə nail olan;
c) şəxsi görüşlərdə daha çox top vuran;
d) yuxarıda qeyd olunanlar iki komandadan ən yaxşısını müəyyən etməzsə, bundan sonrakı bəndlər qüvvəyə minəcək;

e) bütün şqrup oyunlarının yekununa əsasən, daha yaxşı top fərqinə nail olan;
f) bütün qrup oyunlarının yekununa əsasən daha çox top vuran;
g) UEFA-nın milli komandalar üçün reytinq təsnifat cədvəlində daha yuxarıda olan;
h) final mərhələsində ədalətli oyun qaydalarına daha çox əməl edən;
i) püşk.

UEFA oyunların dayandırılması ilə bağlı qərarına edilmiş dəyişikliyə görə, deyiilir: əgər hər hansısa səbəbdən oyunu davam etdirmək mümkün deyilsə, o, ertəsi gün başa çatdırılmalı və ya UEFA inzibati idarəsinin təyin etdiyi başqa vaxtda oynanılmalıdır.
14-cü Avropa çempionatı iyunun 8-də başlayır və iyulun 1-də final oyunu ilə yekunlaşacaq.

Xəbər 1201 dəfə oxundu.