“Qəbələ” klubu sloveniyalı hücumçunu heyətinə cəlb edib
“Qəbələ” futbol klubu növbəti transferini reallaşdırıb. Region təmsilçisi sloveniyalı hücumçu Nikolas Rayseli heyətinə qatıb.

27 yaşlı futbolçu ilə 1,5 illik müddətə müqavilə imzalanıb.

Fransada anadan olan hücumçu “Paris Sen-Jermen” klubunun yetirməsidir. 2011-2013-cü illərdə Paris təmsilçisinin ikinci komandasında çıxış edən N.Raysel daha sonra Sloveniyanın “Çelye” (2013-2015), Belçikanın “Union Sent Jiluaz” (2015-2017) klublarının formasını geyinib. 2017-ci ildə Belçikanın digər təmsilçisi “Ostende”yə keçən hücumçu 2018-2019-cu illər mövsümünü icarə əsasında “Rozelar”da çıxış edib. Hücumçu cari mövsümün birinci yarısında da “Ostende”nin formasını geyinib. 2014-cü ildə Sloveniya yığmasına cəlb olunan N.Raysel bu ölkənin U-21 millisində bir oyunda bir qol vurub.

“Qəbələ” qış transfer dövründə Ehtiram Şahverdiyevi və fransalı Abdelrafik Jerarı transfer edib.


Xəbər 690 dəfə oxundu.