Kamandan oxatma üzrə paralimpiyaçılarımız 6-cı Fazza dünya reytinq turnirinə Göygöldə hazırlaşırlar
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) kamandan oxatma idman növü üzrə milli komandası Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışında iştirak edir.

Hazırlıq prosesində baş məşqçi İlqar Abbasovun rəhbərliyi altında 8 idmançıdan ibarət heyət iştirak edir.

Təlim-məşq toplanışı fevralın 16–22-də Dubayda keçiriləcək 6-cı Fazza dünya reytinq turnirinə hazırlıq məqsədi daşıyır.

Xəbər 863 dəfə oxundu.