Avro-2012: Rəmzlər və adlar
2012-ci il Avropa futbol çempionatının final mərhələsini üçün 40 mindən artıq insanın internet səsverməsi ilə «Uorner Brozəz» şirkətinin hazırladığı rəmzin adı 3 təklif olunmuş variant arasından seçilib. «idman.com.az» bildirir ki, yekunda «Slavek və Slavko» 56 faiz qalib gəlib. Qeyd edək ki, əvvəlki iki turnirin canlı rəmzini də bu şirkət hazırlamışdı.

Yarışın rəsmi şüarı «Tarixi birgə yaradaq»dır. Turnirin himnini «Endless Samə» mahnısını almaniyalı pop-ulduz Oseana oxuyur. Turnirin rəsmi topu «Adidas» firmasının istehsalıdır və onu «Tanqo-12» adlandırıblar. Top öz sinfindən olan 6-cı modeldir. İlk belə top 1978-ci ildə Argentinada keçirilən Dünya Kubokunda sınaqdan keçirilib. Onun 3 nəslindən 3 qitə çempionatında da istifadə olunub.

Çempionat iyunun 8-də başlayır və iyulun 1-də final oyunu ilə yekunlaşacaq.

Xəbər 1349 dəfə oxundu.