Bakıda strictcurl idman növü üzrə növbəti seminar təşkil olunacaq
Fevralın 8-də Bakıda strictcurl idman növü üzrə növbəti seminar təşkil olunacaq.

Seminarda idmanin bu növünün qaydaları, martda təşkil olunacaq birinci Azərbaycan çempionatı və strictcurlın ölkəmizdə inkişafının perspektivləri müzakirə olunacaq.

Seminardan sonra həvəskarlar arasında yarışın təşkili nəzərdə tutulub.

İdmanın bu növünə olan böyük marağı nəzərə alan Azərbaycan Stronqmen Federasiyasının nəzdində fəaliyyət göstərən “Strictcurl Azərbaycan”ın rəhbəri Camal Əhmədzadə bu tipli seminarların və ustad dəsrlərinin bundan sonra mütəmadi olaraq təşkil olunacağını deyib.

Xəbər 653 dəfə oxundu.