Bərdədə budo üzrə açıq rayon birinciliyi keçirilib
Bərdə Olimpiya İdman Mərkəzində 2 fevral - Gənclər Gününə həsr olunmuş yeniyetmələr və gənclər arasında budo döyüş növü üzrə açıq rayon birinciliyi keçirilib.

Bərdə Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Budo Döyüş Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışa 30 komandadan 330 idmançı qatılıb.

Yarış ful-kontakt və fri-kontakt qaydaları üzrə keçirilib. Ful-kontakt üzrə yarışda “Bərdə” komandası bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Adı çəkilən növdə medal sayına görə “Zəngilan” yarışı ikinci, “İsmayıllı” komandası isə üçüncü pillədə başa vurublar. Fri-kontakt növü üzrə yarışlarda da “Bərdə” komandası birinci olub. Bu növdə “Göyçay” və “Naftalan” komandaları müvafiq olaraq ikinci və üçüncü pillədə qərarlaşıblar.
Birinciliyin qalibləri fevralda keçiriləcək budo üzrə Azərbaycan çempionatında iştirak hüququ qazanıblar.

Xəbər 825 dəfə oxundu.