MMA idmançımız Vüqar Kərəmov Rizin Qran-prisində debüt edəcək
Fevralın 22-də MMA (qarışıq döyüş növləri) üzrə idmançımız Vüqar Kərəmov Yaponiyada döyüş keçirəcək.

Rizin Qran-prisi çərçivəsində keçiriləcək qarşılaşmada idmançımızın rəqibi Quam döyüşçüsü Kayl Aquon olacaq. Döyüş Hamamatsu şəhərində baş tutacaq.

Qeyd edək ki, V.Kərəmov Rizin Qran-prisində debüt edəcək. O, bundan əvvəl “Bellator”da mübarizə aparıb. 2017-ci ildə Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının uşu-sanda yarışlarında gümüş medalına layiq görülən V.Kərəmov karyerası ərzində 17 döyüş keçirib, 14-də qələbə qazanıb, 3-də isə məğlub olub. K.Aquon isə 21 döyüşün 13-nü qələbə, 8-ni məğlubiyyətlə başa vurub.

Xəbər 689 dəfə oxundu.