Almaniyada keçiriləcək “Böyük dəbilqə” turnirində Azərbaycan 18 cüdoçu ilə təmsil olunacaq
Fevralın 21-dən 23-dək Almaniyanın Düsseldorf şəhərində keçiriləcək cüdo üzrə “Böyük dəbilqə” turnirində Azərbaycan böyük heyətlə - 18 cüdoçu ilə təmsil olunacaq.

Turnirdə Kəramət Hüseynov, Oruc Vəlizadə (60 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (66 kq), Rüstəm Orucov, Telman Vəliyev (73 kq), Hidayət Heydərov, Murad Fətiyev (81 kq) mübarizə aparacaqlar. Ağır çəkili cüdoçularımızdan Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev, Elmar Qasımov (100 kq), Uşangi Kokauri (+100 kq) tatami üzərinə çıxacaqlar.

Qadınların yarışında isə Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), İçinxorloo Münxtsedev, Aleksandra-Larisa Florian (hər ikisi 57 kq) və İrina Kindzerska (+78 kq) güclərini sınayacaqlar.

Yarışda 122 ölkədən 900-dək cüdoçu mübarizə aparacaq.

Xəbər 894 dəfə oxundu.