Sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımızın mətbuat üçün açıq məşqi olacaq
Fevralın 10-dan 16-dək İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı keçiriləcək.

Sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımız qitə birinciliyinə Bakıda, qadınlardan ibarət millimiz isə Türkiyənin Ədirnə şəhərində hazırlaşır.

Fevralın 4-də Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışı keçən komandalarımızın hazırlıq prosesi mətbuat üçün açıq olacaq. Hazırlıq prosesi başa çatdıqdan sonra Avropa çempionatında ölkəmizi təmsil edəcək güləşçilərimizin adları açıqlanacaq.

Xəbər 934 dəfə oxundu.