Azərbaycanın yeniyetmə qılıncoynadanları Türkiyədə keçirilən açıq turnirdə iştirak ediblər
Azərbaycanın yeniyetmə qılıncoynadanları sablya üzrə Antalyada keçirilən açıq turnirdə iştirak ediblər.

Qılıncoynadanlarımız arasında ən yaxşı nəticəni Abbas Hüseynov göstərib. O, 12 yaşlı idmançıların yarışında 72 nəfər arasında doqquzuncu yeri tutub. 2007-ci il təvəllüdlü Murad Muradov 14 yaşadək oğlanların yarışında 82 iştirakçı arasında 16-cı olub. Eyni yaş kateqoriyası üzrə qızların yarışında isə 2006-cı il təvəllüdlü Fidan Quliyeva 70 iştirakçı arasında 13-cü yerdə qərarlaşıb.


Xəbər 902 dəfə oxundu.