Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti görüşlərin başlama yeri və vaxtı dəqiqləşib
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti görüşlərin başlama yeri və vaxtı dəqiqləşib.

Azsport.az Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, birinci dövrə çərçivəsində keçiriləcək matçlar fevralın 4-də təşkil olunacaq.

Günə “Sərhədçi”-“Express” oyunu ilə start veriləcək. “Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutacaq görüş 14:00-da başlayacaq. Ardınca eyni məkanda “Xilasedici” və MOİK qüvvəsini sınayacaq. Oyun saat 16:00-da start götürəcək.


Xəbər 820 dəfə oxundu.