Azərbaycanlı məşqçi Ziya Rəcəbovun komandası İndoneziya Proliqasında növbəti qələbəsini qazanıb
Azərbaycanlı məşqçi Ziya Rəcəbovun çalışdırdığı qadın voleybolçulardan ibarət “Jakarta Pertamina Energi” klubu İndoneziya Proliqasında növbəti qələbəsini qazanıb.

Komanda növbəti turda “Bandunq Tandamata” klubuna 3:0 hesabı ilə qalib gəlib.

“Jakarta Pertamina Energi” komandasında mübarizə aparan Azərbaycan voleybolçuları uğurlu çıxışları ilə yadda qalıblar. Belə ki, Odina Əliyeva 20, Nataliya Məmmədova isə 11 xal toplayıblar.

Xəbər 892 dəfə oxundu.