Pencak-silat üzrə Azərbaycan millisi Qazaxıstanda beynəlxalq turnirdə çıxış edəcək
Fevralın 7-9-da Qazaxıstanda pencak-silat üzrə beynəlxalq turnir keçiriləcək.

Yarışda ölkəmizi 8 idmançı təmsil edəcək. İki hakimimiz isə turnirdə ədaləti qoruyacaq.
On iki nəfərdən ibarət nümayəndə heyətinə Azərbaycan Sindo-ryu və Pencak-silat Federasiyasının vitse-prezidenti Abbas Hünbətov rəhbərlik edəcək.

Qeyd edək ki, milli komandamız fevralın 5-6-da Özbəkistanın paytaxtı Daşkənddə pencak-silat üzrə açıq paytaxt kuboku və dünya festivalında gücünü sınayacaq.

Xəbər 702 dəfə oxundu.