Mayami sakinləri Formula 1 mərhələsinin keçirilməsini “ekoloji irqçilik” adlandırıblar
Mayami sakinləri bu şəhərdə Formula 1 yürüşlərinin keçirilməsinə qarşı etirazlarını bildirməkdə davam edirlər. Mayami mərhələsinin artıq 2021-ci ildə Formula 1 çempionatının təqviminə salına biləcəyi gözlənilir. Bu, ABŞ-da keçirilən birinci Qran-Pri olmayacaq. Xatırladaq ki, ABŞ hazırda Formula 1 çempionatında Ostin (Texas ştatı) yürüşü ilə təqdim olunub.

“Yahoo” bu rayonda yaşayan Kevin Uilyamsın sözlərindən sitat gətirir: “Yaşadığımız cəmiyyətdə hər şey pul ilə həll olunur. Bəli, ola bilər ki, yürüşlərin keçirilməsi bəzi üstünlüklər qazandırır. Lakin onlar bizim uşaqların sağlamlığından mühüm deyildir”.

Mayami-Qardensin sakini 61 yaşlı Karen-Hanter Cekson havanın çirklənməsindən narahat olduğunu bildirib. O, Mayamidə Formula 1 yürüşlərini keçirmək ideyasını “ekoloji irqçilik” adlandırıb.

“Bizim sağlamlığımızı sizin yeni iş yerlərinizə dəyişmək təhqirdir”, - deyə Cekson vurğulayıb.

AZƏRTAC


Xəbər 880 dəfə oxundu.