Avro-2012: 5 hakim meydanda olacaq
2012-ci il Avropa futbol çempionatının final mərhələsini idarə edən hakimlər cərgəsində Cüneyd Çaxır (Türkiyə), Stefan Lannua (Fransa), Volfhanq Ştark (Almaniya), Viktor Kaşşay (Macarıstan), Nikola Rissoli (İtaliya), Byörn Köypers (Niderland), Pedru Proensa (Portuqaliya), Kreyq Tomson (Şotlandiya), Dəmir Skomina (Sloveniya), Houard Uebb (İngiltərə), Yunas Eriksson (İsveç), Karlos Velasko Karbalyo (İspaniya) yer alır.

«idman.com.az» təşkilatçıların yayıdığı məlumata əsasən bildirir ki, ilk dəfə qapı xəttində də hakimlər yer alacaq. Qapı xəttində yer alanlar sırasında UEFA Pavel Kraloves (Çex Resp.), Tom Harald Hagen (Norveç), Marçin Borski (Polşa), Viktor Şvetsovun (Ukrayna) adlarını təsdiq edib.
Çempionat iyunun 8-də Polşa – Yunanıstan dueli ilə başlayıb 24 gün davam edəcək və iyulun 1-də final oyunu ilə yekunlaşacaq.

Xəbər 1120 dəfə oxundu.