“Qarabağ” səfərdə “Səbail”i minimal hesabla məğlub edib
Fevralın 2-də futbol üzrə Azərbaycan Premyer Liqasının 15-ci turunun yekun görüşündə “Qarabağ” səfərdə "Səbail”in qonağı olub.

"ASKO Arena"da keçirilən oyun Ağdam təmsilçilərinin minimal hesablı qələbəsi ilə bitib – 1:0. Matçda yeganə qolu 81-ci dəqiqədə Mahir Əmrəli vurub.

Qeyd edək ki, bütün görüşlər “CBC Sport” kanalı ilə birbaşa yayımlanıb.

On beşinci turun yekun oyunundan sonra turnir cədvəlinə 34 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 26 xalı olan “Keşlə" və "Neftçi” isə müvafiq olaraq ikinci və üçüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq “Zirə” (20), “Sumqayıt” (19), “Sabah” (13), “Qəbələ” (13) və “Səbail” (12) yer alıb.


Xəbər 708 dəfə oxundu.