Almaniyada keçiriləcək “Böyük dəbilqə” turnirində Azərbaycanı 20 cüdoçu təmsil edəcək
Fevralın 21-dən 23-dək Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə “Böyük dəbilqə” turniri keçiriləcək.

Azərbaycanı bu nüfuzlu yarışda 20 cüdoçu (14 kişi, 6 qadın) təmsil edəcək.
Yarışda 122 ölkədən 900-dək cüdoçu mübarizə aparacaq.

Xəbər 785 dəfə oxundu.