Atletika üzrə beynəlxalq memorialın birinci gününün nəticələri açıqlanıb
Əməkdar məşqçi Aleksandr Antipovun xatirəsinə həsr olunmuş tullanmalar üzrə XII Beynəlxalq Memorialın birinci gününün nəticələri açıqlanıb.

Respublika Olimpiya Mərkəzində keçirilən turnirdə Azərbaycan və Rusiya idmançıları iştirak ediblər.

Turnirdə 2000-ci il təvəllüdlü və daha kiçik yaşlı oğlanlar və qızlarla yanaşı, kişilər də uzununa və üçtəkanla tullanma yarışlarında mübarizə aparırlar.

Beynəlxalq turnirin ilk günündə üçtəkanla tullanma yarışında oğlanlar arasında azərbaycanlı atlet Cabir Əliyev (U-18) və Rüstəm Məmmədov (U-20) birinci olublar. Uzunluğa tullanmada isə Danil Androsov (Saxa Respublikası) bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qızlar arasında isə uzunluğa tullanma yarışında Zəhra Əsgərova (U-16) və Yelena Pextireva (U-20) qızıl medal qazanıblar.
Yarışın ikinci günündə isə atletlər yakut tullanmaları üzrə mübarizə aparacaqlar.

Xəbər 1043 dəfə oxundu.