Badminton üzə Avropa çempionatında iştirak edəcək kişilərdən ibarət millimizin heyəti açıqlanıb
Fevralın 11-16-da Fransanın Lievin şəhərində keçiriləcək badminton üzrə komandalararası Avropa çempionatında iştirak edəcək kişilərdən ibarət millimizin heyəti açıqlanıb.

Baş məşqçi Morteza Validarvinin qərarına əsasən, Avropa çempionatında ölkəmizi Orxan Qələndərov, Səbuhi Hüseynov, Edi Reski Dviçayo, Ezmi Qovimuramadhoni, Cahid Əlhəsənov və Aqil Qəbilov təmsil edəcəklər.

Komandamızın üzvləri turnirə hazırlığın sonuncu mərhələsində Ukraynada və Danimarkada təlim-məşq toplanışı keçəcək. Beşinci qrupda yer alan millimizin rəqibləri Almaniya, Çexiya və İslandiya yığmalarıdır.

Komandamız qrupda birinci oyununu fevralın 11-də İslandiya millisinə qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Kişi badmintonçulardan ibarət kollektiv ikinci turda Almaniya, qrup mərhələsinin sonuncu oyununda isə Çexiya ilə qarşılaşacaq.

Qruplarda birinci yeri tutacaq komandalar pley-off mərhələsinə yüksələcək. Oyunlar 3 şəxsi və 2 qoşa görüş formatında keçiriləcək.


Xəbər 929 dəfə oxundu.