Avro-2012: Kim qalib gələcək
2012-ci il Avropa futbol çempionatının final mərhələsinin bukmeyker idarələrinin əsas favoriti, təbii ki, İspaniyadır. Bundan əvvəlki dünya və qitə çempionatlarının qalibi haqlı olaraq liderdir və kontorlardan birində «futbol toreadorları»nın qələbəsi 21,8 faiz qiymətləndirilir. «idman.com.az»ın məlumatına görə, sonrakı yerdə hollandlar yerləşdirilib – 20,8 faiz.

«Narıncılar»ın hər dünya çempionatındakı uğursuzluğundan sonra qəzəbi qitə çempionatlarına tuş gəlir. 3-cü yerdə olan almanların imkanları bir qədər aşağı dəyərləndirilsə də (13,2), bundestim favoritlər sırasında heç də sonuncu deyil. Bu sırada sonrakı iki yer irngilislərin (8,8) və portuqallarındır (8,4). Qalan iştirakçıların imkanları, haqlı olaraq, 5 faizdən də az qiymətləndirilir.

Xatırladaq ki, iyunun 8-də Polşa – Yunanıstan dueli ilə 14-cü Avropa çempionatı başlayır. Ukrayna və Polşa meydanlarında qitənin ən güclüsü adı uğrunda mübarizə 24 gün davam edəcək və iyulun 1-də final oyunu ilə yekunlaşacaq.

Xəbər 1007 dəfə oxundu.