Stolüstü tennis üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
“Şüa” İdman-Sağlamlıq Kompleksində keçirilən stolüstü tennis üzrə Azərbaycan çempionatı başa çatıb.

Qadınlar arasında şəxsi yarışlarda Məryəm İmanova, kişilərin mübarizəsində Hilal Həsənov (hər ikisi “Gömrükçü” İK) birinci yeri tutublar. Qoşa yarışlarda qadınlar arasında Nəzakət Qarayeva-Məryəm İmanova (“Gömrükçü” İK-“Təhsil” RİM), kişilərdə Hilal Həsənov- Nurlan Həsənov (“Gömrükçü” İK- “Təhsil” RİM) cütlükləri fəxri kürsünün ilk pilləsində qərarlaşıblar. Qarışıq qoşa yarışlarında Hilal Həsənov-Məryəm İmanova (“Gömrükçü” İK) cütlüyü qalib olub. Komanda yarışlarında qadınların mübarizəsində Bakı–I (“Gömrükçü” İK- “Təhsil” RİM), kişilərin yarışında Bakı-II (“Təhsil” RİM) çempion olublar.

Yarışda Məryəm İmanova mütləq çempion elan edilib.
Ölkə çempionatında Bakı (5 komanda), Sumqayıt (3 komanda), Şirvan, Salyan, Masallı, Şəki komandaları mübarizə aparıblar. Şəxsi-komanda xarakteri daşıyan yarışlarda 80-ə yaxın idmançı gücünü sınayıb.

Xəbər 988 dəfə oxundu.