Yeniyetmələr arasında cüdo üzrə Bakı birinciliyinə start verilib
Fövqəladə Hallar Nazirliyinin Hövsandakı İdman Olimpiya Kompleksində kiçik yaşlı yeniyetmələr arasında cüdo üzrə Bakı birinciliyinə start verilib.

İki gün davam edəcək yarışın ilk günündə 270 yeniyetmə cüdoçu qüvvəsini sınayıb.

Yarışın birinci günündə Rəsul Əliyev (34 kq), Məhəmməd Məmişov (42 kq), Nicat Süleymanov (46 kq), Nurlan Atakişiyev (60 kq), Məmməd Əzizbəyov (73 kq), Nilgün Rzayeva (36 kq), Aliyə İsmayılova (40 kq), Röya Cəfərova (52 kq) və Emili Rzayeva (63 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Xəbər 710 dəfə oxundu.