Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti görüşlərin vaxtları dəqiqləşib
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti görüşlərin vaxtları dəqiqləşib.

Azsport.az Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, birinci dövrə çərçivəsində keçiriləcək qarşılaşmalar fevralın 1-də oynanılacaq.

Günün ilk matçında “Sərhədçi” “Murov”la münasibətinə aydınlıq gətirəcək. Oyunun start fiti 14:00-da veriləcək. İki saat sonra isə meydana “Express” və “Xilasedici” klubları çıxacaqlar.

Hər iki matç “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunacaq.

Xəbər 822 dəfə oxundu.