Gənclər və İdman naziri Cəlilabadda vətəndaşları qəbul edib
Yanvarın 30-da Gənclər və İdman naziri Azad Rəhimov Cəlilabad rayonunda Cəlilabad, Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib.

14-dən çox vətəndaşın iştirak etdiyi qəbulda müraciətlər əsasən Gənclər evinin, yeni idman qurğularının tikintisi, qurğuların idman avadanlığı ilə təmin edilməsi, fəxri adların və məşqçilik dərəcələrinin verilməsi ilə bağlı olub.

Müraciətlərin bir qismi yerindəcə həll edilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlərin qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib, digər bir qismi isə baxılması üçün icraya yönəldilib.

Xəbər 6330 dəfə oxundu.