Azərbaycan UEFA-nın kursunda təmsil olunur
İsveçrənin Nyon şəhərində danışılmış oyunlara qarşı “Winter school” tədris kursu keçirilir.

UEFA-ya daxil olan üzv ölkələrdən 24 nümayəndənin iştirak etdiyi kursda ölkəmizi Avropa futbol qurumunun danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli təmsil edir.

Kursun məqsədi futbolda “danışılmış oyunlar” probleminin həllinə diqqət yetirmək, gündəmdə olan mövzuları müzakirə etmək, ən yaxşı təcrübələri bölüşmək, yeni üsulları öyrənmək, “danışılmış oyunlar” əleyhinə əldə edilən son irəliləyişlərdən xəbərdar olmaq, bu hallarla mübarizə aparmaq üçün təlim keçmiş mütəxəssislərin sayını artırmaqdır.

Kursa yanvarın 31-də yekun vurulacaq.

Xəbər 757 dəfə oxundu.