Futzal üzrə Azərbaycan millisi Rusiya yığması ilə qarşılaşacaq
Futzal üzrə Azərbaycan milli komandası dünya çempionatının elit-raund mərhələsində bu gün növbəti oyununu keçirəcək.

Millimiz Xorvatiyanın Osiek şəhərindəki “Qradski vrt Arena”da Rusiya yığması ilə qarşılaşacaq.

Bakı vaxtı ilə saat 20:00-da başlayacaq oyun “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq. Görüşü italiyalı hakimlər - Alessandro Malfer, Angelo Galante və Chiara Perona idarə edəcəklər.

Millimiz ilk oyununda Xorvatiya komandasına məğlub olub – 0:2.

Xəbər 653 dəfə oxundu.