Tokiodakı Atletlər kəndinin ilk görünüşü ictimaiyyətə təqdim olunub
Tokioda Atletlər kəndində yerləşən və əsas obyektlərdən biri olan Kənd Meydanının (“Village Plaza”) ilk görünüşü ictimaiyyətə təqdim olunub.

Azsport.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, Tokionun Harumi sahilində yerləşən kənd meydanı Olimpiya Oyunları zamanı idmançıların rahatlığı üçün əsas mərkəz olacaq. Onlar bu məkanda yaradılmış rahatlıqdan zövq alacaqlar. Burada mağaza, kafe və media mərkəzi fəaliyyət göstərəcək və bu da idmançılara oyunlar zamanı qaldıqları müddətdə çox böyük dəstək olacaq. Komandaların qarşılanma mərasimləri də burada təşkil olunacaq.

Qeyd edək ki, bu məkandakı obyektlər 63 bələdiyyənin bağışladığı sidr və sərvü ağaclarından tikilib. Oyunlardan sonra söküləcək taxtalar yerli obyektlərə təkrar istifadə üçün bağışlanacaq.

Xəbər 900 dəfə oxundu.