Bərdə Olimpiya İdman Mərkəzində budo üzrə açıq rayon birinciliyi keçiriləcək
Azərbaycan Gəncləri Günü münasibətilə fevralın 1-2-də Bərdə Olimpiya İdman Mərkəzində yeniyetmələr və gənclər arasında budo döyüş növü üzrə açıq rayon birinciliyi keçiriləcək.

Bərdə Rayon Gənclər və İdman İdarəsinin, Azərbaycan Budo Döyüş Növləri Federasiyasının birgə təşəbbüsü ilə keçirilən yarışa 200-ə yaxın idmançı qatılacaq. Yarış semi-kontakt, ful-kontakt və fri-kontakt qaydaları üzrə keçiriləcək.

Çempionatın qalibləri fevralda keçiriləcək budo üzrə Azərbaycan çempionatında iştirak hüququ qazanacaqlar.

Xəbər 943 dəfə oxundu.