Andrey Şevçenkonun arzusu
Avropa çempionatının ev sahibi olan Ukrayna millisinin hücumçusu Andrey Şevçenko iddialı açıqlamaları ilə diqqət çəkib. İdman.com.az saytının xəbərinə görə, yerli mətbuata danışan forvard komandasının finala çıxacağına inandığını bildirib.

"5 il öncə Avropa çempionu olmağı mümkünsüz kimi görürdüm. Ancaq bu dəfə turnir Ukraynada keçirilir. Doğma azarkeşlər qarşısında oynamaq bizə əlavə üstünlük verəcək. Karyeramı Avropa çempionu kimi bitirmək istərdim. Düşünürəm ki, bacarığımızı ortaya qoysaq, finala yüksələ bilərik. Çətin olsa da, bunun üçün əla fürsət yaranıb. Bundan maksimum yararlanmalıyıq” – deyə, Şevçenko əlavə edib.

Qeyd edək ki, Ukrayna millisi turnirdə ilk görüşünü iyunun 11-də İsveçə qarşı keçirəcək.

Xəbər 1082 dəfə oxundu.