Stolüstü tennis üzrə Azərbaycan çempionatında şəxsi kateqoriyada yarışlar keçirilir
“Şüa” İdman-Sağlamlıq Kompleksində stolüstü tennis üzrə Azərbaycan çempionatı davam edir.

Yanvarın 29-da respublika birinciliyinin şəxsi yarışları start götürüb. Yarışlarda 80-ə yaxın idmançı mübarizə aparır.

Qeyd edək ki, ölkə çempionatında artıq komanda yarışlarının qalibləri müəyyənləşib. Ümumi nəticələrə görə, qadın komandaları arasında birinci yeri “Bakı–I”, kişilərin mübarizəsində “Bakı-II” kollektivinin stolüstü tennisçiləri tutublar.

Ötən gün start götürən ölkə çempionatına yanvarın 31-də yekun vurulacaq.

Xəbər 976 dəfə oxundu.