Almaniyalı tennisçi Aleksander Zverev Avstraliya açıq turnirinin üçüncü yarımfinalçısı olub
Tennis üzrə Avstraliya açıq turnirinin yarımfinalına üçüncü vəsiqənin də sahibi müəyyənləşib.

Dörddəbir finalda isveçrəli Stan Vavrinkanı 3:1 (1:6, 6:3, 6:4, 6:2) hesabı ilə məğlub edən almaniyalı Aleksander Zverev yarımfinala vəsiqə qazanan üçüncü tennisçi olub. Qarşılaşma 3 saat 15 dəqiqə davam edib.

Növbəti mərhələdə Aleksander Zverevin rəqibi Rafael Nadal (İspaniya) və Dominik Tim (Avstriya) arasındakı qarşılaşmanın qalibi olacaq.

Xatırladaq ki, ötən gün keçirilən iki yarımfinal görüşündə isveçrəli Roje Federer amerikalı Tennis Sandqrenanı (3:2), serbiyalı Novak Cokoviç isə kanadalı Miloş Raoniçi (3:0) məğlub ediblər.

Avstraliya açıq turniri “Böyük dəbilqə” seriyasının 2020-ci ildəki ilk yarışıdır. Fevralın 2-dək davam edəcək turnirin ümumi mükafat fondu 49,1 milyon dollardır.

AZƏRTAC

Xəbər 1040 dəfə oxundu.