“Masters” turnirinin səkkizinci turunun oyunları keçirilib | |
Yanvarın 28-də Cəbəllütariqdə təşkil olunan beynəlxalq şahmat festivalında “Masters” turnirinin səkkizinci turunun oyunları keçirilib. Azərbaycan şahmatçılarından Vasif Durarbəyli türkiyəli Cəmil Can Əli Marandini məğlub edərək xalların sayını 5,5-ə çatdırıb. Təmsilçimiz Şəhriyar Məmmədyarov isə hindistanlı Rameşbabu Praqnanandha ilə oyuna çıxmadığı üçün ona texniki məğlubiyyət verilib. Ötən səkkiz turun nəticələrinə görə V.Durarbəyli 5,5, Ş.Məmmədyarov 5 xal toplayıblar. On turdan ibarət “Masters” turnirinə 241 şahmatçı, o cümlədən 116 qrossmeyster qatılıb. |
|
Xəbər 692 dəfə oxundu. |
|
|