“Azərreyl” voleybol komandası Azərbaycan Yüksək Liqasında “Sərhədçi”yə qalib gəlib
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti görüşlər keçirilib.

Birinci dövrənin yanvarın 28-də oynanılan növbəti matçında “Azərreyl” və “Sərhədçi” klubları qarşılaşıb. Dərnəgül Voleybol Mərkəzində təşkil olunan oyunda “Azərreyl” komandası 3:0 (25:9, 25:20, 25:17) hesabı ilə qalib gəlib. Bu, “Azərreyl”in cari mövsümdə ikinci qələbəsi olub.

Qeyd edək ki, hesabında 6 xal olan “Neftçi” və “Azərreyl” klubları turnir cədvəlində birinci-ikinci pilləni bölüşürlər. Çempionatda üçüncü yerdə “Murov” qərarlaşıb.

Xəbər 929 dəfə oxundu.