“Sabah” klubu Moldova millisinin yarımmüdafiəçisini transfer edib
Paytaxtın “Sabah” klubu Moldova millisinin yarımmüdafiəçisi Yevgeni Koçuku transfer edib.

26 yaşlı yarımmüdafiəçi paytaxt klubu ilə 1,5 illik müqavilə imzalayıb. Y.Koçuk karyerası ərzində “Daçia” (Moldova) və “Jilina” (Slovakiya) klublarının uğurları üçün çalışıb. Yarımmüdafiəçinin sonuncu komandası “Səbail” olub.

Qeyd edək ki, Y.Koçuk 2015-ci ildən şərəfini qoruduğu Moldova millisinin heyətində 19 oyun keçirib.

Xəbər 683 dəfə oxundu.