Atletika üzrə 37-ci qış çempionatının komanda hesabında qalibləri müəyyənləşib
Respublika Olimpiya Mərkəzində keçirilən atletika üzrə 37-ci qış çempionatının komanda hesabında qalibləri müəyyənləşib.

Çempionatda “Təhsil RİM 5 №-li İOEUGİM” komandası bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. “Təhsil RİM 1 №-li RİOEUGİM” komandası ikinci, “Ümid” idman klubu isə üçüncü pillədə qərarlaşıblar.

Qalib komandalar Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyası tərəfindən diplom və medallarla təltif olunublar.

Xəbər 910 dəfə oxundu.