Stolüstü tennis üzrə Azərbaycan çempionatı start götürüb
Yanvarın 28-də “Şüa” İdman-Sağlamlıq Kompleksində stolüstü tennis üzrə Azərbaycan çempionatı start götürüb.

Çempionatın ilk günündə komanda yarışları keçirilir.

Ölkə çempionatında Bakı (5 komanda), Sumqayıt (3 komanda), Şirvan, Salyan, Masallı və Şəki komandaları mübarizə aparırlar.
Yarışlarda, ümumilikdə 80-ə yaxın idmançı gücünü sınayır. Yarış şəxsi-komanda xarakteri daşıyır. Çempionata yanvarın 31-də yekun vurulacaq.

Xəbər 984 dəfə oxundu.