Qılıncoynatma məşqçiləri üçün seminar təşkil olunub
Azərbaycan Texniki Universitetinin İdman Sarayının qılıncoynatma zalında şpaqa üzrə məşqçilər üçün seminar keçirilib.

Seminarda moderator qismində milli komandanın məşqçiləri Sudef Quliyev və Yelena Mironyuk çıxış ediblər.

Seminarda məşqçilərə ilkin mərhələdə qruplarda uşaqlarla işləməyin metodikası, ümumi fiziki və texniki hazırlıq haqqında məlumat verilib.

Bundan əlavə, seminarda məşqçilərin uşaqlarla psixoloji hazırlıq məsələlərinə də toxunulub.

Xəbər 1292 dəfə oxundu.