Millimizin dünya çempionatının elit-raund mərhələsində keçirəcəyi oyunları canlı yayımlanacaq
Futzal üzrə Azərbaycan milli komandasının dünya çempionatının elit-raund mərhələsində keçirəcəyi oyunları “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Azsport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, dünya çempionatının elit-raund mərhələsinin C qrupunda yer alan millimiz yanvarın 29-da Xorvatiya, ertəsi gün Rusiya, fevralın 1-də isə Slovakiya yığması ilə qarşılaşacaq.

Oyunlar Xorvatiyanın Osiek şəhərində keçiriləcək.

Xəbər 885 dəfə oxundu.