Yunan-Roma güləşi üzrə yığmamız növbəti təlim-məşq toplanışına start verib
Yunan-Roma güləşi üzrə yığmamız növbəti təlim-məşq toplanışına start verib.

Azsport.az Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, Fransanın Nitsa şəhərində keçirilən Qran-pri turnirində çıxış etdikdən sonra vətənə qayıdan millimiz bir neçə günlük fasilədən sonra hazırlıq prosesini bərpa edib.

Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin rəhbərliyi altında baş tutan hazırlıq prosesi gələn ay İtaliyanın paytaxtı Romada keçiriləcək Avropa çempionatına və qarşıdakı lisenziya turnirlərinə hazırlıq xarakteri daşıyır. Komanda qitə birinciliyinədək məşqləri Olimpiya Güləş Mərkəzində davam etdirəcək.

Xəbər 783 dəfə oxundu.