“Tokio-2020” təşkilatçıları Olimpiya məşəl estafetinə qatılacaq insanların narahatlığına son qoyub
Bu il Tokioda keçiriləcək Olimpiya Oyunlarının təşkilatçıları Olimpiya məşəl estafetinə qatılacaq insanların narahatlığına son qoyub.

Azsport.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, təşkilatçılar narahatlığa əsas səbəb olan Yaponiyanın Çubu adasında və Tohoku regionunda yerləşən Fukusima şəhərində artıq radiasiyanın səviyyəsinin çox aşağı olduğunu iddia ediblər. Onlar estafetə qatılacaq insanların radiasiyaya məruz qalmayacaqlarına söz veriblər.

Qeyd edək ki, üç günlük səfər zamanı Fukusimaya məşəli 260-dan çox adam aparacaq. Fukusima prefekturasında məşəl estafeti martın 26-da başlayacaq.

Xatırladaq ki, 2011-ci il martın 11-də Yaponiyada baş verən zəlzələdən sonra zədələnən "Fukusima-1" Atom Elektrik Stansiyasında partlayış olub. Partlayış nəticəsində nüvə reaktorunun bloklarından birinin çöl divarı dağılıb, ətrafda radiasiya fonu sürətlə artıb. Radiasiyanın səviyyəsi 20 dəfədən çox yüksəlib.

Xəbər 841 dəfə oxundu.