Avro-2012: Ye, iç, çək, kef elə
Almaniya milli futbol komandasının baş məşqçisi Yoaxim Löv qarşıdan gələn Avropa çempionatı zamanı futbolçularına heç bir məhdudiyyət qoymayacaq. İdman.com.az saytı Bild-ə istinadən bildirir ki, sükançı hələlik həyat yoldaşları və rəfiqələrinin futbolçularla birlikdə yaşaması ilə bağlı son qərarını verməyib.

Amma futbolçular spirtli içikiləri içə, siqaret çəkə və xapnımları ilə görüşüb vaxt keçirə bilərlər. Futbolçulara hətta sosial şəbəkələrdən də istifadə etməyə icazə veriləcək. Bununla bağlı onlara yalnız cüzi qadağalar qoyulub: onlar nə rəqibləri, nə də komanda yoldaşları haqqında pi sbir şey yaza, rəy verə bilər, nə də komandadaxili münasibətləri gündəmə gətirə bilərlər.

Xəbər 1095 dəfə oxundu.