FİBA “Tokio 2020”-yə vəsiqələr uğrunda basketbol turnirinin Belqradda keçirilməsinə qərar verib
Çində yayılan koronavirus daha bir idman növü üzrə Olimpiya təsnifat turnirinin yerinin dəyişdirilməsinə səbəb olub.

Azsport.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, Beynəlxalq Basketbol Federasiyaları Assosiasiyası (FİBA) idmançıların təhlükəsizliyini düşünərək bu addımı atmaq məcburiyyətində qalıb.

FİBA qadınlardan ibarət yığmaların “Tokio 2020”-yə vəsiqələr uğrunda turnirin Çinin Foşan şəhərində deyil, Serbiyanın paytaxtı Belqradda keçirilməsinə qərar verib.Yarışın tarixi isə dəyişməz qalıb.

Qeyd edək ki, turnir fevralın 6-9-da keçiriləcək. Digər iki təsnifat turniri isə planlaşdırıldığı kimi Fransa və Belçikada olacaq.

Xəbər 825 dəfə oxundu.