«Sovet beşliyi»nin üzvü dünyasını dəyişdi
Sovet hokkeyinin əfsanəsi, buz meydançalarını lərzəyə salan məşhur «sovet beşliyi»nin üzvü Vladimir Krutov 53 yaşında Moskvada vəfat edib. İdman.com.az Rusiya mediasına istinadən bildirir ki, o, iyunun 4-də mədə qanaxmasından xəstəxanaya yerləşdirilmişdi. 2 qat olimpiya və 5-qat dünya çempionu olan Krutov 1960-cı ildə Moskvada anadan olmuşdu.

4 yaşında hokkey oynamağa başlayıb. Məşhur SSKA klubunun üzvü idi və 1977-ci ildən onun şərəfini qorumüşdü. Onun ilk tərəf müqabilləri Sergey Makarov-Viktor Jlutkov cütlüyü olub.

19801-ci ildə SSKA-nın baş məşqçisi İqor Larionovu da əldə etdikdən sonra Vyaçeslav Fetisov və Aleksey Kasatonovu da əlavə etməklə məşhur beşliyi qurmuşdu. O, 80-ci illərdə sovet komandasının və SSKA-nın irili-xırdalı bütün zəfərlərinin və tarixi qələbələrinin iştirakçısı və baş qəhrəmanlarından olub.

Xəbər 2676 dəfə oxundu.