“Zirə” klubu Malavi millisinin hücumçusu ilə yolları ayırıb
Paytaxtın “Zirə” futbol klubu daha bir legioner ilə yolları ayırıb.

27 yaşlı Robin Nqalandenin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Paytaxt klubu ilə cari mövsümün sonunadək müqaviləsi olan R.Nqalande ötən ilin yanvarından “Zirə”də çıxış edirdi.

“Zirə” qış fasiləsində haitili Soni Norde ilə də yollarını ayırıb.

Xəbər 687 dəfə oxundu.