Şahmatçımız Vüqar Əsədli açıq Lissabon turnirində ikinci pillədəki mövqeyini qoruyub
Yanvarın 27-də şahmat üzrə açıq Lissabon turnirinin dördüncü turunun oyunları keçiriləcək.

Turnirin klassik yarışlarında Azərbaycan şahmatçılarından Vüqar Əsədli yerli idmançı Andre Neves Fidalgo, Nail Bəşirli rusiyalı Aleksander Motylev, Zaur Bayramov isə polşalı Paveł Yarats ilə qarşılaşacaqlar.

Son üç turda maksimum xal toplayan V.Əsədli turnir cədvəlinin ikinci pilləsində yer alıb. N.Bəşirli və Z.Bayramov 2,5 xal toplayıblar.

Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilir. Yarışda 227 şahmatçı mübarizə aparır.

Xəbər 711 dəfə oxundu.