Azərbaycan qılıncoynadanı Qətərdə keçirilən Qran-Pri yarışında iştirak edib
Azərbaycan qılıncoynadanı Qətərin paytaxtı Dohada keçirilən Qran-Pri yarışında iştirak edib.

Turnirdə ölkəmizi kişilərdən ibarət şpaqa üzrə milli komandamızın üzvü Kənan Əliyev təmsil edib. Qrup mərhələsində keçirdiyi altı görüşdən üçünü qalib başa vuran təmsilçimiz pley-offda Macarıstan təmsilçisi David Nagiyə 11:15 hesabı ilə uduzub.

İdmançımız baş məşqçi Çingiz Mustafayevin rəhbərliyi ilə qüvvəsini sınayıb. Qran-Pri turnirində 48 ölkədən 219 idmançı birincilik uğrunda mübarizə aparıb.

Xəbər 871 dəfə oxundu.